20.11.2025, 03:03
AZ EN
19.11.2025, 18:30 108

Türk ekspert: Azərbaycanın Mərkəzi Asiya Məşvərət formatına qoşulması türk dövlətləri arasında strateji həmrəyliyi gücləndirir

XƏBƏRLƏR
  • Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının VII Məşvərət Görüşündə iştirakı olduqca mühüm strateji əhəmiyyət kəsb edir. Azərbaycanın bu formata qoşulması bölgədə bütün türk dövlətlərinin daha koordinasiyalı və məqsədyönlü şəkildə hərəkət etməsinə töhfə verə biləcək əhəmiyyətli bir addımdır.

Bunu açıqlamasında türkiyəli siyasi ekspert Əli Fuad Gökçə deyib.

O bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində regionlaşma, yeni ittifaqların formalaşması və əməkdaşlıq platformalarının genişlənməsi getdikcə aktuallaşır. “Bu kontekstdə türk dövlətlərinin həm siyasi, həm iqtisadi sahədə birgə fəaliyyət göstərməsi xüsusi önəm daşıyır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv kimi qatılması isə bu əməkdaşlığın dərinləşməsinə güclü təkan verən addım kimi qiymətləndirilməlidir”, - deyə ekspert vurğulayıb.

O qeyd edib ki, Azərbaycan həm demoqrafik göstəriciləri, həm iqtisadi potensialı, həm də siyasi mövqeyi və geostrateji yerləşməsi baxımından region üçün son dərəcə önəmli aktordur. Məhz bu amillərə görə ölkənin digər türk respublikaları ilə qərar qəbuletmə mexanizmlərində iştirakı ortaq mövqelərin formalaşmasına və strateji koordinasiyanın güclənməsinə xidmət edir.

Ekspert sonda əlavə edib ki, bu proses bütövlükdə türk dövlətlərinin həmrəyliyinin möhkəmlənməsi, qarşılıqlı fəaliyyətin genişlənməsi və gələcək inteqrasiya imkanlarının dərinləşməsi baxımından xüsusi önəm kəsb edir. Azərbaycan Prezidenti İlham Əliyevin iştirak etdiyi bu toplantı türk dövlətləri arasında əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərən vacib siyasi hadisədir. (AZERTAC)

Oxşar xəbərlər