Bu barədə dövlət katibi Entoni Blinken Tviterdə bildirib.
Onun sözlərinə görə, Luis Bono ABŞ-ın Qafqaz danışıqları üzrə baş məsləhətçisi təyin edilib.
"Onun səyləri bizim Cənubi Qafqazdakı münaqişələrin sülh yolu ilə həlli istiqamətində fəaliyyətimizi daha da inkişaf etdirəcək", Blinken qeyd edib.
Luis Bono ABŞ-ın Vyanadakı Beynəlxalq Təşkilatlar yanında missiya rəhbərinin müavinidir. O, əvvəllər Müqəddəs Taxt-Tacdakı Səfirlikdə missiya rəhbərinin müavini, Bəsrə Regional Ofisinin direktoru, (Milli Təhlükəsizlik Şurasında) Dövlət Katibinin müavininin məsləhətçisi və Dövlət katibinin iqtisadiyyat və biznes məsələləri üzrə müavinin müşaviri olub. O, həmçinin ABŞ-ın Aİ və BMT-dəki nümayəndəliklərində, həmçinin Berlin və İslamabaddakı ABŞ səfirliklərində də çalışıb. (APA)