Bu barədə OPTİMAR araşdırmalar mərkəzinin direktoru Hilmi Daşdəmir bildirib.
O qeyd edib ki, iki ölkə arasında birlik gündən-günə artır və dərinləşir.
“Bu konsolidasiyanın nəticəsi olaraq bu əsrin “Türk Əsri”, Turana dönəcəyinə inanıram. Burada Türkiyə və Azərbaycan Prezidentlərinin liderlik edəcəyini demək olar. Qarşımızdakı zamanda bununla bağlı iqtisadi, mədəni və digər sahələrdə daha konkret addımların atılacağını da görəcəyik”, - deyə o bildirib.
H. Daşdəmirin sözlərinə görə, bu, həm iki ölkənin daha da yaxın olması, həm də bütün Türk dövlətlərinin eyni şəkildə “Türk Əsri”nin bərqərar olması üçün səyləri baxımından çox önəmlidir: “Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 20 il ərzində türk xalqı qarşısında gördüyü xidmətlərdən bəhs etməsi də ayrıca önəmlidir. Həm dövlət başçılarımız, həm də cəmiyyətlərimiz bir-birinə xüsusi məhəbbət bəsləyir”. ("APA")