23.04.2026, 03:00
AZ EN
22.04.2026, 21:10 142

Edqars Rinkeviçs: Latviya Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazırdır

XƏBƏRLƏR
  • Latviya Azərbaycanla əməkdaşlığa, ticari əlaqələrini dərinləşdirməyə və genişləndirməyə hazırdır.

Bunu Latviya Prezidenti Edqars Rinkeviçs bildirib.

"Cənab Prezident, bizi qəbul etdiyiniz üçün və biznes-forumda iştirak edərək hər iki ölkədən olan sahibkarların qarşısında çıxış etdiyiniz üçün çox sağ olun. Sizin çıxışınızdan sonra danışmaq çox asandır, çünki Siz hər məqamı əhatə etdiniz və mən Sizinlə razılaşa bilərəm. Əlavə edə biləcəyim yeganə məsələ Latviyanın, Latviyada olan imkanların kiçik reklam edilməsi ola bilər. Azərbaycanın prioritetlərini və inkişafını məharətlə vurğuladığınız üçün hesab edirəm, əlavə etmək lazımdır ki, Latviya da Azərbaycanla əməkdaşlığa, ticari əlaqələrini dərinləşdirməyə və genişləndirməyə hazırdır", - o qeyd edib.

Edqars Rinkeviçsə görə, Bakı neft hasil edən şəhərə çevrilən zaman XIX əsrin sonu və XX əsrin əvvəllərində bir çox latviyalılar artıq burada mühəndis, müəllim kimi iş taparaq çalışıblar:

"Bizim həm iqtisadi, həm də mədəni bağlantımız düşündüyümüzdən daha da böyük və daha da genişdir. Hesab edirəm ki, təlatümlərin baş verdiyi bu vaxtda, - mən Avropada və Yaxın Şərqdə baş verən hadisələri, bütün geosiyasi çağırışları nəzərdə tuturam, - biz yaxşı və etibar etdiyimiz tərəfdaşlarımızla yeni əməkdaşlıq yollarını tapmağa çalışırıq. Azərbaycan həmişə Latviya üçün Cənubi Qafqazda və əslində daha geniş regionda əsas ticarət tərəfdaşı olub, ticarət tərəfdaşıdır və ticarət tərəfdaşı olmağa davam edəcək". (Report)

Oxşar xəbərlər