09.06.2025, 02:43
AZ EN
25.10.2024, 18:46 198

Azərbaycan Prezidentinin BRICS Sammitində iştirakı Gürcüstan mətbuatının diqqət mərkəzində olub

XƏBƏRLƏR
  • Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın Kazan şəhərində keçirilən BRICS sammitində iştirakı və keçirdiyi görüşlər, söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

“Realnews.ge”, “aktual.ge”, “newsday.ge”, “palitranews.ge” informasiya portalları, “1tv.ge” televiziya kanalı Azərbaycan Prezidentinin səfərindən silsilə materiallar dərc edib.

Materiallarda bildirilir ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri arasında aparılan danışıqlarda tərəflər ikitərəfli sülh gündəliyini, o cümlədən sülh sazişinin irəliləyişini, habelə sərhədlərin delimitasiyasını və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Yazılarda, həmçinin Prezident İlham Əliyevin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir fikirlərinə geniş yer verilib. Yayılan materiallarda noyabrda Bakının ən böyük beynəlxalq iqlim konfransına – COP29-a ev sahibliyi edəcəyi də yer alıb. Bildirilir ki, BRICS sammitinin iştirakçıları Bakıda keçiriləcək COP29 konfransını dəstəkləyir və bu tədbirdən tutarlı nəticələr gözləyirlər. (AZERTAC)

Oxşar xəbərlər