19.10.2024, 11:28
AZ EN
05.09.2024, 14:42 235

İran Zəngəzur dəhlizinə mane olmaq gücündə deyil

XƏBƏRLƏR
  • "İran Cənubi Qafqaz regionunda nüfuzunu və imkanlarını daha da genişləndirmək üçün yeni planlar hazırlayıb. Baxmayaraq ki, Tehran bölgədə geosiyasi vəziyyətə böyük təsir göstərmək imkanından məhrumdur.  Xüsusilə Zəngəzur dəhlizi məsələsində İranın Rusiya ilə mövqeləri toqquşur və bu, iki ölkə arasında münasibətləri gərginləşdirir".

"Vətən səsi" xəbər verir ki, bunu VI çağırış Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov bildirib. O, deyib ki, hazırda bütün tranzit xətləri İran ərazisindən keçir.  Lakin ticarət, siyasi və mədəni təsir baxımından isə İran Qafqazda autsayderdir. Ona görə də İran Zəngəzur dəhlizinə mane olmaq gücündə deyil.

Son illər Türkiyənin regionda təsir gücünün artdığını deyən Rasim Musabəyov vurğulayıb ki, Ərdoğan hökumətinin regionda dəstəklədiyi layihələrin hamısı gerçəkləşib. Onun fikrincə, Zəngəzur dəhlizi ideyasını Rusiya ilə yanaşı Türkiyə də dəstəkləyir: "Türkiyənin Azərbaycan kimi müttəfiqi var. Ankara eyni zamanda iqtisadi cəhətdən bölgədə güclü dayaqlara malikdir. Rusiya da regionda sağlam dayaqlar qurub. Ermənistan isə demək olar ki, Kremlin nəzarətindəndir. Ona görə də, İranın mövqeləri çox zəifdir, Tehranın Zəngəzur dəhlizi məsələsində nəyisə dəyişə biləcəyi inandırıcı deyil”.

Bununla belə, Rasim Musabəyov hesab edir ki, İran Ermənistan ərazisində dəhlizin açılmasına mümkün qədər maneə olmağa çalışır. Onun sözlərinə görə, rəsmi Tehran regiona aid beynəlxalq əhəmiyyətli kommunikasiya xətlərinin öz ərazisindən keçməsini istəyir:Şimal-Cənub dəhlizi və Naxçıvanla kommunikasiyaların da İran ərazisinə keçməsinə razıdır. Digər bir məsələ İranın İsrail məsələsində Rusiyadan narazı qalmasıdır. Tehran İsrailə zərbə vurmaq istəyirdi. ABŞ xəbərdarlıq etdi ki, buna cavabı şiddətli olacaq. Bu halda İran ancaq Rusiyanın dəstəyi ilə İsrailə zərbə vura bilərdi. Moskva isə bu dəstəyi vermədi”.

Elxan SALAHOV

Oxşar xəbərlər