23.04.2026, 03:00
AZ EN
22.04.2026, 19:38 106

Azərbaycan və Latviya XİN rəhbərləri ikitərəfli münasibətlərin gücləndirilməsini müzakirə ediblər

XƏBƏRLƏR
  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov latviyalı həmkarı Baiba Braze ilə görüşüb.

Bu barədə Xarici işlər Nazirliyi "X" hesabında məlumat yayıb.

Qeyd edilib ki, nazirlər ikitərəfli münasibətlərin gücləndirilməsini, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsini müzakirə edib, həmçinin regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparıblar.

Görüş çərçivəsində Azərbaycan və Latviya XİN-ləri arasında konsulluq məsələləri üzrə Anlaşma Memorandumu imzalanıb.

Bu sənəd hər iki ölkə vətəndaşları üçün konsulluq əməkdaşlığının və xidmətlərinin inkişaf etdirilməsi istiqamətində mühüm addım hesab olunur. (Report)

Oxşar xəbərlər