10.03.2025, 05:09
AZ EN
12.11.2023, 20:26 320

Elxan Şahinoğlu: "Evin şüşədəndirsə, başqasına daş atma"

YAZILAR

"Fransa prezidenti Emmanuel Makron xalqına açıq məktubla müraciət edib. Makron məktubunda Fransada artan anti-semitizmdən narahat olduğunu bu sözlərlə ifadə edib: “Cəmi bir ay ərizində Fransada mindən çox anti-semitizm hadisəsi baş verib. Fransada yaşayan yəhudilər qorxu içindədirlər. Yəhudilər uşaqlarını məktəbə aparmağa, gec saatlarda evə qayıtmağa qorxurlar. Yəhudilərin həyatları üçün qorxu hissi keçirdikləri ölkə Fransa olmamalıdır. Bu həmin Fransa deyil”. Bunu siyasi şərhçi Elxan Şahinoğlu açıqlamasında deyib. Politoloq sonra vurğulayıb ki, bu həmin Makrondur ki, bizə “ermənilərin haqları” mövzusunda mühazirə oxuyurdu: "Fransada bir ay ərzində mindən çox anti-semit olayı baş verirsə, demək bu dövlətin köklü problemləri mövcuddur. Belə yerdə deyiblər, evin şüşədəndirsə, başqasına daş atma", - deyə E.Şahinoğlu bildirib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər