“Lurer.com” informasiya agentliyi “milli təhlükəsizlik xidməti türklərin və azərbaycanlıların Ermənistan vətəndaşı olmasına icazə verəcəkmi?” sərvöhvəli xəbərdə göstərir ki, Ermənistan vətəndaşlıq barədə qanunda müyyən əlavə və düzəlişlər edilib və Ermənistan vətəndaşlığına qəbul xeyli asanlaşıb. Vurğulanır ki, Ermənistanda elm, təhsil sahəsində fəaliyyət üçün 150 min dollar pul yatıran və Ermənistanda işləyən xarici vətəndaş Ermənistasan vətəndaşlığı qəbbul edilir. Dəyəri 150 min dolllardan yuxarı daşınmaz əmlak alan şəxs isə heç bir müddət qoyulmadan vətəndaşlığa qəbul edilir. Agentlik qanundakı bu maddədən ermənisayağı nəticə çıxarır və yazır ki, türklərlə azərbaycanlılar İrəvanda, Ermənistanın digər bölgələrində 150 min dollara mülklər alıb Ermənistan vətəndaşı olaraq seçib - seçilmək hüququ əldə edəcəklər. Bununla da Ermənistanda onların sayı get-gedə artacaq. Sözügedən məsələ ilə bağlı sabiq baş nazir Xosrov Harutunyana deyib ki, 2017-ci ildə də bu barədə təklif olmuşdu. Amma biz bunu rədd etdik ki, azərbaycanlılarla türklər gəlib çoxlu evlər alacaq sonra isə beşinci kalonun üzvləri olacaqlar. Agentlik yekun olaraq bildirir ki, milli təhlükəsizlik xidməti türklərin və azərbaycanıları Ermınistnda yatırım qoyub vətəndaşlıq almasına icazə verməməlidir.
Atalar məsəli var: xain xoflu olar. Azərbaycan əsgərinin dəmir yumruğunun ağrısını hələ də unuda bilməyən ermənilərin indi yeni ağrılar çəkməsi isə milli mentalitetlərindən irəli gələn haldır.
Nəsib QARAMANLI