Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov həftə ərzində baş verən siyasi hadisələri “İki Sahil” TV-yə şərh edərkən bildirib ki, Bakıda bu dəfə çox vacib bir tədbir keçirilir: “Yeri gəlmişkən, mən özüm də Bakıda keçirilən 10-cu Bakı Qlobal Forumunda iştirak edirəm. Tədbir hələ davam edir. Bakıda bu gün çox maraqlı məsələlərdən danışılır, Bakıda elə şeylərdən danışılır ki, bu danışılan məsələlər bugünün və gələcəyin dünya siyasi konyukturasını müəyyənləşdirəcək. Ümumiyyətlə, ölkəmizin beyin mərkəzləri sahəsində çox böyük potensialı var. Bilirik ki, həm Bakıda, həm də Şuşada çox maraqlı tədbirlər həyata keçirilmişdi və ötən həftə Qoşulmama Hərəkatının Azərbaycanda böyük bir tədbiri keçirildi, daha əvvəl Cənub Qaz Dəhlizi Məşvərət Şurasının, həm ənənəvi enerji məhsulları, həm də altenativ enerji məhsulları ilə bağlı böyük bir toplantısı oldu. İndi 3 gün Azərbaycanda 10-cu Qlobal Bakı Forumu keçirilir və yaxınlarda Türk Dövlətləri Təşkilatının növbəti bir tədbiri olacaq və təbii ki, bu Azərbaycanda keçirilməsə də, bu tədbirin gündəliyini və gündəmini müəyyənləşdirən əsas ölkə təbii ki, Azərbaycandır”.
Politoloqun dediyinə görə, Qlobal Bakı Forumunda çox maraqlı məsələlərdən danışılır, özəliklə, buraya gələn həm hazırkı, həm keçmiş dövlət rəhbərləri, prezidentlər və dünyanın üzləşdiyi indiki vəziyyətdən çıxış yollarını müzakirə edirlər: “Həqiqətən, bu gün özəlliklə, qlobal imperializmin təsir rıçaqlarının genişləndiyi coğrafiyalarda bu tip forumların keçirilməsi və bu forumların Azərbaycanda olması, Azərbaycanın dahi və böyük şairi Nizami Gəncəvinin adını daşıyan Beynəlxalq Mərkəzimiz tərəfindən belə tədbirlərin mütəmadi təşkil edilməsi çox vacib əhəmiyyətə malikdir”.
Sektor müdiri sonra bildirib ki, gələn həftə də yenə paytaxtımızda Beynəlxalq Multikulturializmin Mərkəzi və Beyənlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə birgə İslamafobiya əleyhinə növbəti beynəlxalq tədbir keçirəcəklər və artıq bir daha qeyd edirəm ki, Azərbaycan dünyanın həm də ən önəmli beyin mərkəzidir. Bəli, həm beyin mərkəzidir, həm də beyin mərkəzlərinin dünyanın gələcək konyukturası ilə bağlı vacib qərarlar aldığı bir mərkəz halına gəlib.
Politoloq daha sonra vurğulayıb ki, bu həftə Qarabağ və Ermənistanda separatçı tör-töküntüləri tərəfindən ölkəmizə qarşı təxribatlar davam etdi. Özəlliklə, həftənin bazar günü qondarma polis qiyafəsində separatçı terrorçular Azərbayan əsgərinə silah tuşladılar, şəhid olan hərbçilərimiz oldu və əslində, bununla da bir daha göründü ki, Xankəndinin və ətrafında separatçılığın kökünü kəsməyin yeganə yolu bizim özümüzün keçirəcəyimiz antiterror əməliyyatından asılıdır: “Əmin olun, Xankəndində Azərbaycan bayrağı dalğalanacaq. Xankəndində Azərbaycan yuristik siyasət işləyəcək. Rus sülhməramlıları orda separatçıları yedəkləməklə məşğuldurlar. Görün, vəziyyət nə həddə çatıb ki, rus hərbçisi, rus hərbi formasını geyinənlər gedib orda guya bağçalarda uşaqlara hansısa oyuncaqlar, hədiyyələr paylayırlar. Biz hələ bilmirik ki, o hədiyyə paketlərinin və qutuların altında nələr var. Bəlkə, elə onların da altında silah daşıyırlar və necə olur ki, Laçın-Xankəndi yolunda aylardır davam edən aksiyalar fonunda, hansısa məlum olmayan torpaq yollarla Ermənistandan Xankindinə silah daşınır. Bəs, nə oldu, Ermənistan sülhdən danışırdı, bəs Ermənistan demirdimi ki, biz Azərbaycan ərazilərinə silah daşımırıq? İndi nə oldu ki, yenidən Azərbaycan ərazilərinə silah daşınmağa başladı, özü də kimin nəzarəti altında? Rusiyanın nəzarəti altında. “Caliber.az” informasiya portalının yaydığı görüntüləri biz gördük. Rus Sülməramlıları separatçılara daşınan silahları qoruyur. Rus sülhməramlıları orda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, Xankəndi və ətrafından məcburi köçkün düşmüş azərbaycanlıların gələcək taleyi, ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasında əsla maraqlı deyil. Bir dəfə biz, sur sülhməramlıların dilindən Kərkicahandan, Ağdərədən, Xocalıdan, Xocavənddən məcburi köçkün düşmüş vətəndaşlarımız haqqında bir kəlmə söz eşitmişikmi? Yox, eşitməmişik. Bəs gördüyümüz nədir? Rusiya hər vəchlə Azərbaycan vətəndaşı olmalı olan ermənilərin cəmiyyətimizə və dövlətimizə reinteqrasiya prosesini baltamağa çalışır. Biz ordan Ruben Vardanyanı rədd elədik, it kimi qovduq. İndi ortaya Araik Zingildanyan (Harutyunyan) və onun ətrafındakı küçüklər düşüblər. Necə olur ki, bu qədər separatçılıq meyllərini Rusiya dəstəklləyib, sonra Azərbaycanıla səmimi münasibətlərdən danışır? Onsuz da Azərbaycan cəmiyyətinə rəsmi Moskvanın real sifəti çox yaxşı bəllidir”.
Sektor müdiri daha sonra əlavə edib ki, mən hesab edirəm ki, bu addımları atmaqla, Rusiya Azərbaycan cəmiyyətində özünə qarşı antipatiyanı o qədər gücləndirəcək ki, bir gün İranın Azərbaycan cəmiyyətinin beynində, təsəvvüründə formaşaldırdığı obrazdan daha dəhşətli vəziyyətə düşəcək: “Hesab edirəm ki, bu gün qlobal münasibətlər sistemində öz mili ratifikasiyasını qoruyan, çağdaş dəyərləri mənimsəmiş Azərbaycan kimi önəmli bir ölkənin, cəmiyyətin, xalqın hisslərindən, duyğularından kənarlaşmaq Rusiya üçün yaxşı heç nə vəd etmir”,-deyə politoloq şərhinin sonunda bildirib.
Hazırladı: Tahirə AĞAMİRZƏ