01.08.2025, 12:36
AZ EN
31.07.2025, 15:23 155

Ombudsman: Ermənistanda sağlamlığında ciddi problemləri olanlar hərbi xidmətə göndərilir

XƏBƏRLƏR
  • “Ermənistan qanunvericiliyində hərbi xidmətə məhdud yararlı hesab olunan şəxslərin orduya çağırılması kimi ciddi problem var. Bəzi hallarda sağlamlığında ciddi problemləri olanlar da hərbi xidmətə göndərilir”.

Bunu ölkənin insan hüquqları üzrə müvəkkli Anait Manasyan deyib.

Onun fikrincə, qanunvericilik bu kateqoriyadan olan şəxslərin hansı hallarda orduya cəlb olunmasını müəyyən edir: “Mən bu barədə mövqeyimi periodik olaraq ifadə etmişəm. Bu məsələ təkcə vətəndaşlar üçün deyil, orduda da ciddi çətinliklərə səbəb olur”.

Xatırladaq ki, bir qədər əvvəl mətbuatda Ermənistanda ürək qan-damar xəstəliyindən əziyyət çəkən 18 yaşlı Avetik Matevosyanın hərbi xidmətə göndərildiyi və son bir ayı hərbi hospitalda müalicə adığı barədə xəbərlər yayılıb. (APA)

Oxşar xəbərlər