Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyul sayında bildirilib.
Məlumata əsasən, təkcə cari ilin iyun ayında isə zavod 196,2 min ABŞ dolları dəyərində məhsul ixracı aparıb.
Qeyd edək ki, 1976-cı ildə Kəlbəcər rayonunda “İstisu” mineral suyunun istehsalına başlanılıb. 1993-2020-ci illərdəki işğal dövründə zavodun fəaliyyəti dayandırılıb.
26 iyun 2022-ci il tarixində Prezident İlham Əliyev “İstisu” mineral su zavodunun təməlini qoyub.
2024-cü ildən “İstisu” mineral suyunun yenidən istehsalına başlanılıb. (Trend)