İndiyədək Ağdam Sənaye Parkında 20 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən Sənaye Parkına 190 milyon manatdan çox investisiya yatırılması və 1700-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.
"Vətən səsi" xəbər verir ki, bu il Ağdamdakı Sənaye Parkında 5-dən çox müəssisənin (divar kağızlarının, bir neçə növdə ayaqqabıların, dam örtüklərinin, boru və qutu profillərin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların və s istehsal müəssisələrinin) fəaliyyətə başlaması planlaşdırılır. Bu sənaye müəssisələrində istehsal olunacaq məhsullar ilk növbədə daxili tələbatın ödənilməsinə yönəldiləcək, sonrakı mərhələdə isə “Made In Azerbaijan” brendi altında ixrac ediləcək.
Bugünədək rezidentlər tərəfindən Ağdam Sənaye Parkına 15,3 milyon manatdan çox investisiya yatırılıb, 120-yə yaxın daimi iş yeri yaradılıb.
Hazırda həmin ərazidə sahibkarların uğurlu bines fəaliyyətini təmin etmək məqsədilə infrastruktur işləri görülür. Belə ki, təsdiq edilmiş investisiya proqramı çərçivəsində sənaye parkında inzibati binanın, yarımstansiyanın və su anbarlarının tikintisi aparılır.
Elxan SALAHOV