18.04.2025, 13:50
AZ EN
25.01.2024, 11:13 346

"Araz Vadisi İqtisadi Zonası"nda daha bir şirkətə rezident statusu verilib

XƏBƏRLƏR
  • İqtisadiyyat Nazirliyi "ZF Group” MMC-yə Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidenti statusu verib.

Bunu nazir Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Onun sözlərinə görə, bununla da Sənaye Parkının rezidentlərinin sayı 7-yə çatıb.

"Şirkət ərazidə müxtəlif çeşiddə yapışqan lentləri istehsal edəcək, investisiya dəyəri 1 milyon manat olan müəssisə yaradaraq 32 nəfəri daimi işlə təmin edəcək", - deyə nazir qeyd edib. (Report)

 

Oxşar xəbərlər