01.08.2025, 14:50
AZ EN
31.07.2025, 17:43 107

Ermənistan hakimiyyəti artıq reallıqları qəbul edir

YAZILAR
  • Ermənistan Azərbaycanın şərtlərinin əhəmiyyətini anlamağa başlayıb. Siyasi şərhçilərin fikrincə, İrəvan Zəngəzur dəhlizinin ona fayda verəcəyini bilsə də, xarici qüvvələrin təsiri ilə prosesi ləngitməyə çalışırdı. Artıq Ermənistan bu gecikmənin mənfi nəticələrə səbəb olacağını başa düşməyə başlayıb. Ermənistan prezidenti Vaaqn Xaçaturyanın “Zəngəzur Ermənistanın gələcək inkişafı üçün qapıya çevriləcək” açıqlaması da bu istiqamətdə qiymətləndirilir.

“Əsas məsələ Türkiyə və Azərbaycanın roludur. Amma Ermənistanın da siyasi iradəsi burada rol oynayır. Çünki bəzi ölkələr, xüsusilə İran və Rusiyanın Ermənistanın siyasi hakimiyyətinə müəyyən qədər təzyiqlər edirlər”.

Bunu açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O, bildirib ki, göründüyü kimi, Ermənistan hakimiyyəti artıq reallıqları qəbul edir: “Zəngəzur dəhlizinin müsbət perspektvlərinin Ermənistan üçün vacib hesab edirlər”.

Siyasi şərhçilər bildirirlər ki, Zəngəzur dəhlizinin açılması Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına xidmət edəcək. Dəhliz sülh müqaviləsinin imzalanması istiqamətində atılacaq müsbət addım kimi də qiymətləndirilir.

“Sülh müqaviləsinin imzalanması üçün inam da formalaşır və hesab edirəm ki, Əbu-Dabidə keçirilmiş görüş müstəvisində təmasları davam etdirmək və ikitərəfli dialoqu daha da inkişaf etdirmək önəmlidir”.

Bu fikirləri isə açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq qeyd edib ki, həm sülh müqaviləsinin layihəsinin paraflanması, həm də Zəngəzur dəhlizinin açılması ilə bağlı konkret addımlar hazırda müstəsna əhəmiyyətə malikdir: “Ermənistan konstitusiyasının dəyişdirilməsi, referendumun həyata keçirilməsi, Minsk qrupunun buraxılması kimi fundamental məsələlərin həllinə nail olmaq lazımdır”.

Son vaxtlar İrəvandan müsbət siqnallar gəlməkdədir. Ekspertlərin sözlərinə görə,  əsas məsələ danışmaq yox,  dediklərini əməldə də göstərə bilməkdir. Ermənistandan gözlənilən növbəti addım da məhz budur.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər