12.03.2025, 22:13
AZ EN
17.08.2023, 14:10 394

Vüqar Bayramov: "Ermənistanın daha bir şousu uğursuzluğa düçar oldu"

YAZILAR
  • "BMT Təhlükəsizlik Şurasının son iclası bir daha təsdiq edir ki, Qafqazda dayanıqlı sülhün əldə edilməsinin yeganə yolu ölkələrin qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyinin tanınmasıdır". Bunu Milli Məclisin deputatı Vüqar Bayramov özünün "Facebook" şəxsi hesabında ifadə edib.

Deputat bildirib ki, Azərbaycanın Vətən Müharibəsindəki şanlı zəfərindən sonra regionda yeni düzən formalaşıb. Onu pozmaq, praktik olaraq, mümkün deyil.

BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də qardaş Türkiyənin Ağdam-Xankəndi yolunun bütün növ əmtəələrin daşınmasına hazır olmasını qeyd etməsi də aydın şəkildə “blokada şousunun” sadəcə Ermənistanın manipulyasiyanın olduğunu göstərdi. 26 km uzunluğu olan Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı bölgədə Xankəndinə ən qısa məsafə hesab olunur: "Laçın-Xankəndi yolu 60 km-dir və bu yol Şərqi Zəngəzurla Qarabağı birləşdirir. Ağdam-Xankəndi yolu isə Qarabağ iqtisadi rayonunda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir. Bu yoldan istifadə bütövlükdə Qarabağ iqtisadi rayonun inkişafına töhvə baxımdan da vacibdir. Daxili nəqliyyat və logistik şəbəkə iqtisadi inkişaf üçün zəmin yaratdığından bu yolun intensiv istifadəsi əhəmiyyətlidir.

Nəhayət, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etməsinin qarşısının alınması Azərbaycan diplomatiyasının yeni uğurudur",- deyə millət vəkili vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər