Politoloq qeyd edib ki, dəfələrlə vurğulandığı kimi, Fransa bu gün Ermənistandan da daha qatı, daha kəskin şəkildə Azərbaycana qarşı mövqe ortaya qoymaqdadır: “Bu, tamamilə qəbulolunmazdır və həm də onu göstərir ki, Fransa artıq ciddi surətdə Azərbaycnafob, Türkəfob, İslamafob baxışlarını da inkişaf etdirir. Yəni bu cəmiyyətdən gələn sifarişlər kimi də dəyərləbndirilə bilər. Eyni zamanda çox güclü surətdə siyasi sistemə təsir edən erməni lobbisinin fikirləri kimi bunu oxumaq mümkündür. Digər tərəfdən Fransa həm də öz maraqlarının təminatçısı rolunda çıxış edir və buna çalışır. Çünki ATƏT-in Minsk qurpu formatı artıq tarixin zibilliyinə göndərilib. Yeni reallqlarda Fransa özünə yer tapa bilmir və yaxşı anlayır ki, yeni geosiyasi müstəvidə Türkiyənin və Rusiyanın Cənubi Qafqazda mövqeləri daha da güclənmiş vəziyyətdədir. Belə bir şəraitdə Ermənistandan öz marginal maraqları üçün istifadə edir. Ermənistan isə çox rahatlıqla bu geosiyasi oyunlara gedir. Yəni bu pastionların göndərilməsi, yeni partiyanın tədarükü ilə bağlı işlər, daha güclü texnikanın artıq müdafiə yox, hücum texnikasının Ermənistana göndərilməsi də bir piar xarakterlidir. Azərbaycanın COP29 tədbirini keçirtməklə bağlı bütün dünyanın xəbəri olduqdan sonra, görünür, Azərbaycan həm də gələcəyə fokuslanır, alternativ və bərpa olunan enerji sahəsinə yatırımlar edir. Bu, Azərbaycan üçün həm də siyasi dividentlər qazandıracaq. Məhz buna görə Fransa narahatdır. Ona görə Azərbaycanın uğurlarını həzm edə bilmirlər. Ona görə ölkəmizə qarşı müqavimət hərəkatına başlayıblar və həm də Fransa bütün dünyada irqi ayrı-seçkilik, ksenofobiya, dini dözümsüzlük nümayiş etdirən Fransada növbəti il keçiriləcək olimpiya oyunlarına qarşı müqaviməti də görərək Azərbaycana qarşı bu tərs reaksiyanı göstərir. Amma tamamilə yersizdir, heç bir nəticəsi olmayacaq. Çünki artıq dünya birliyi artıq bu tədbirin Azərbaycanda keçirilməsinin lehinə səs verib”,- deyə politoloq fikrini tamamlayıb.
Tahirə AĞAMİRZƏ