10.03.2025, 19:12
AZ EN
10.03.2025, 15:28 141

Paşinyan qapalı toplantı keçirib

YAZILAR
  • "Hraparak"ın müxbiri Arevik Hakopyan yazıb ki, martın 9-da Gümrüdə olan baş nazir Nikol şəhərin küçələrində xeyli piyada gəzsə də  yaxınlaşıb onunla görüşmək, problemini demək istəyən heç bir vətəndaşı mühafizəçilər yaxına buraxmayıb. Müəllif bunun məhz göstərişlə olduğunu iddia edərək daha sonra əlavə edib ki, gəzintidən sonra  Paşinyan və onu müşayiət edənlər partiyanın yerli fəallarının iştirakı ilə toplantıya başlayarkən oraya heç bir jurnalisti buraxmayıblar. Onlara deyilib ki, toplantı yalnız partiya üzvləri üçündür və başqalarının iştirakı nizamnamə ilə qadağandır.

A.Hakopyan həmin toplantının bu yaxınlarda keçiriləcək bələdiyyə seçkisinə həsr edildiyini araşdırma nətisəsində öyrəndiyini vurğulayaraq əlavə edib ki, baş nazir bununla da demokratik dəyərləri vecinə almadığını isbatlayıb. Amma ədalət naminə demək lazım gəlir ki, Nikol Paşinyan baş nazir olmaqla yanaşı həm də Vətəndaş müqaviləsi partiyasının sədridir və o, öz partiyadaşları ilə məsləhətləşmələrə, toplantı keçirməyə görə Arevik kimi müxbirlərdən icazə almayacaq ki?!

Nəsib

Oxşar xəbərlər