03.02.2025, 22:59
AZ EN
14.02.2023, 10:55 368

İran separatçıları yenə dəstəkləyir

YAZILAR

"Hraparak" informasiya agentliyinin fevralın 13-də axşam yaydığı bir xəbərdə göstərilir ki, İranın Şərq Daliy informasiya agentliyi separatçı Ruben Vartanyanla söhbət edib. Separatçı ermənilərlə iranlıların dostluğunun minilliklərlə tarixi olduğunu və bunun davam etməsi üçün bütün səylərini əsirgəməyəcəklərini bildirib. Sonra isə öz iyrənc xisləti ilə Azərbaycanın əleyhinə əsasız ittihamlar səsləndirib. İranın dini liderinin və dövlət rəsmilərinin erməniləri, xüsusilə Qarabağdakı hayları daim dəstəklədiyini bildirərək deyib ki, bölgədə İran əsas oyunçu olduğuna görə onun fikri ilə razılaşmamaq olmaz.

Moskvanın inanmadığı gözyaşlarından sonra hay bacısı İranın və Fransanın dəstəyinə ümid bağlayan separatçının həmin ölkələrin yaxın zamanlarda süqut edəcəyini dərk edə bilməməsi isə onun doğrudan da xəstə olduğunu göstərir.

Nəsib

Oxşar xəbərlər