"Ermənistan müdafiə nazirliyinin tabeliyindəki qurumlara daxil olan şikayətlərin sayı durmadan artır" - deyə həyacan siqnalı verən "Hraparak" bu gün xəbər yayıb ki, sözügedən nazirliyin və "Demokratiya bu gün" qeyri-hökumət təşkilatının BMT təhlükəsizlik şurasının "qadın, sülh və təhlükəsizlik" layihəsi çərçivəsində birgə tədbiri keçirilib. Tədbirdə ali və orta təhsil verən hərbi məktəblərin müdavimlərin, müharibə iştirakçılarının və cəmiyyətin nümayəndələri iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, cəmiyyətdə olduğu kimi orduda da qadınların rolu böyük əhəmiyyət kəsb edir. Orduda baş verən mənfi olaylar həm də qadınların bu sahəyə xüsusi diqqət yetirməsini zərurətə çevirir.
Müəllif sonda xatırladır ki, "Demokratiya bu gün" qeyri-hökumət təşkilatının sədri Gülnara Şahinyan sabiq iqtidarların kadrıdır və əvvəllər İrəvan şəhər meriyasının xarici əlaqələr idarəsinin rəisi vəzifəsində işləyib.
Nəsib