18.06.2025, 00:05
AZ EN
27.03.2023, 13:42 292

Şərəfi olmayan şərəfdən danışır

YAZILAR

Ermənistan parlamentindəki müxalif "şərəfim var" fraksiyasının üzvü Tiqran Abrahamyan özünün FB səhifəsində növbəti təxribat xarakterli paylaşım edib və həmin paylaşımdan onun şərəfli deyil, əksinə adi insani keyfiyyətlərdən uzaq olduğu açıq-aşkar görünür. Özgə kölgəsində yaşamağa adət etmiş hayların bu müxalif deputatının Qarabağdakı separatçı hayların Azərbaycana inteqrasiya etmək istəməsini "şərəfli" adlandırmaqla belə bir gülünc fikir də vurğulayıb ki, Ermənistan Azərbaycanın sülh müqaviləsinin imzalanması təkliflərindən artıq yorulub.

Müharibə olacağı təqdirdə hayların öz dostlarının yardımı sayəsində qalib gələcəyi kimi psixoloji xəstələrə xas sərsəmləmələr paylaşan şərəfsiz deputatın Ermənistan hakimiyyətinin də ünvanına növbəti tənqidlər ünvanlaması da göstərir ki, onun nəinki siyasətdən həmçinin normal insanlara xas düşüncədən xəbəri yoxdur.

Nəsib

Oxşar xəbərlər