Dəfələrlə Xankəndidə separatçılarla görüşdüyünü az qala gözyaşları ilə xatırlayan bu qadın həyasızcasına bildirir ki, guya Bakıda erməni qırğınları törədilib indi isə "arsax"da etnik təmizləmə gedir. Birinci Qarabağ müharibəsindəki azərbaycanlı soyqırımlarına adi insani duyğularla belə münasibət sərgiləməyən bu qadın beynəlxalq təşkilatların indi haylara dəstək vermədiyi üçün sözün həqiqi mənasında sızıldayır və bu da tam aydın olur ki, sözügedən müraciət məhz hansısa psixi xəstənin növbəti zarıntısıdır.
O, müraciətinin sonunda özü kimi xəstə düşüncəlilərin "mübarizə"sinin guya bütün dünya üçün nümunə olduğunu da gülünc ifadələrlə bildirir.
El məsəlində deyildiyi kimi, üz-gözündən həyasızlıq yağan bu qarı unudur ki, vətəndaşı olduğu dövlət isə Azərbaycanın haqlı olduğunu və onun ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan edib. Bax, atalar elə ona görə deyiblər ki, it hürər, karvan keçər.
N.Qaramanlı