19.04.2025, 05:01
AZ EN
10.01.2025, 12:55 258

Paşinyan öz bəyanatı ilə bütün təklifləri rədd edir

YAZILAR
  • Ermənistanın baş naziri Nikol Paşinyan yeni açıqlamaları ilə gündəmə gəlib. Baş nazir regionda sabitliyin təmin edilməsi və Azərbaycanla sülhün əldə edilməsinə dair təkliflərini açıqlayıb. Təkliflər paketinə 90 faiz hazır olan  sülh müqaviləsinin imzalanması, sülh kəsişməsi layihəsinin həyata keçirilməsi, ATƏT-in Minsk qrupunun buraxılması və digər maddələr daxildir. N.Paşinyanın sülhə dair hazırladığı təkliflər paketi ekspertlər tərəfindən birmənalı qarşılanmayıb.

“Tarixi dəyişmək mümkün deyil və Paşinyanın real Ermənistan  adlandırdığı ərazi Azərbaycanın tarixi ərazilərdi”.

Bunu İctimai Televiziyaya açıqlamasında millət vəkili Elçin Mirzəbəyli deyib. O, bildirib ki, bununla bağlı çoxsaylı tarixi faktlar var: “Müvafiq qaydada istər İrəvan xanlığının dövründə, istərsə  də daha sonrakı  erməni muxtariyyətinin həmin ərazilərdə yaradıldığı dövrlərə diqqət edilsə, ərazilərdəki bütün  toponimlərinin Azərbaycan türklərinə aid olduğunu müəyyənləşdirmək mümkündür”.

“Paşinyan öz bəyanatı ilə bütün təklifləri rədd edir. 10 təklifdən imtina edir və yalnız müəyyən sərhədlər çərçivəsində Qərbi Azərbaycanı görür”.  Bu fikirləri açıqlamasında politoloq İlyas Hüseynov deyib. “Amma aydındır ki, Göyçə, İrəvan,  Qərbi Zəngəzur ərazilərində azərbaycanlılar tarixən  yaşayıblar, məskunlaşıblar, hətta Ermənistanın birinci prezidenti Levon-Terpetrosyan da bunu etiraf edir və müasir Ermənistan ərazisindən azərbayanlıların qovulmasını bir nəticə kimi “Yekrabah” terror qruplaşmasının  üzvləri qarşısında fəxarətlə qeyd edir”,- deyə İ.Hüseynov vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər

SON XƏBƏRLƏR