22.11.2024, 07:27
AZ EN
16.03.2023, 14:31 358

Hay diplomat baş naziri düşmən adlandırdı

YAZILAR

Son 3 gündə baş nazir Nikol Paşinyanın martın 14-dəki mətbuat konfransında söylədiyi fikirlərə müxtəlif şərhlər və təhlillər vasitəsilə münasibət göstərilməsi sanki yarış halına keçib. Ermənistanın Polşadakı sabiq səlahiyyətli və fövqəladə səfiri Edqar Qazaryanın "Hraparak"ın müxbiri Hayka Aloyana verdiyi müsahibədə isə digərlərindən fərqli olaraq olaya peşəkar diplomat münasibəti göstərilməsi açıq-aydın görünür. Sabiq səfir qeyd edir ki, digər ölkələrin rəhbərləri ilə müqayisədə dəfələrlə sübut olunub ki, Nikol Paşinyanın siyasətçi, yaxud diplomat keyfiyyəti yoxdur. O, nəyi necə deməyi hakimiyyətdə olduğu 5 ildə hələ də mənimsəyə bilməyib. Onun "Ermənistan heç bir yerə çixmir, kim çıxırsa Ermənistandan çıxır" deməsini əsl diletantlıq hesab edən sabiq səfir KTMT- nın beynəlxalq statuslu təşkilat olduğunu xatırladaraq deyib ki, burada qərarlar qəbul edilərkən üzv dövlətlərin hər birinin mövqeyi əsasdır. N.Paşinyan isə bu adi gerçəkliyi də 5 ildir ki, anlaya bilmir.

Partiyanın dediyi sözü özünün təkzib etməsini, yaxud ona sonra başqa rəng qatmasının da siyasətdə normal qarşılanmadığını diqqətə çatdıran səfir 44 günlük müharibədə Ermənistanın məğlub olmasının səbəblərini araşdırarkən əsl günahkarın da məhz Nikol Paşinyanın olduğu qənaətinə gəldiyini bildirib və deyib ki, əgər o,diplomatik vasitələrdən yararlanaraq "Qarabağ Ermənistandır və nöqtə" deməsə idi, Azərbaycan müharibə etməzdi.

Xalqa verdiyi vədlərə əməl etmək əvəzinə, yeni vədlərlə baş qatan Paşinyanın hələ çox yalanlar müəllifi olacağı barədə fikir səsləndirən səfir sonda belə deyib:"Nikol Paşinyan davamlı addımları ilə ölkəmizi yeni müharibəyə aparır.O, məğlubiyyətə və bunun hüquqi təsdiqinə hazırlıq işləri görür....Nikol Paşinyan erməni xalqının tarixində ən böyük düşməndir. Onu eşitmək lazım deyil, əksinə onun baxışlarını müzakirə edib ona qarşı düşmənə qarşı mübarizə aparılan tərzdə mübarizə aparmaq lazımdır!"

Nəsib Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR