21.11.2024, 22:36
AZ EN
11.08.2024, 12:00 226

Azər Qarayev: Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı dostluq əlaqələri daha da möhkəmlənir

YAZILAR
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Mərkəzi Asiya və Azərbaycan Respublikası Dövlət Başçılarının görüşündə iştirak edərək, ölkəmizin beynəlxalq arenada artan nüfuzunu və mühüm strateji əhəmiyyətini bir daha nümayiş etdirdi.

Bunu politoloq Azər Qarayev bildirib.

Onun sözləri görə, Azərbaycanın bu formatdakı iştirakı, dövlətimizin başçısının şəxsi nüfuzunun, yürütdüyü müdrik və uzaqgörən siyasətin nəticəsi olaraq, ölkəmizin etibarlı tərəfdaş və regional aktor kimi rolunu təsdiqləyir.

“Bu tədbir, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasındakı dərin tarixi və dostluq əlaqələrinin daha da möhkəmləndiyini göstərir.

Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq, son illər ərzində ikitərəfli və çoxtərəfli formatda uğurla inkişaf edir. Bu inkişaf, xüsusilə TDT, ŞƏT, BMT-nin SPECA proqramı, MDB və İƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi ilə müşahidə olunur. Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında qarşılıqlı yüksək səviyyəli səfərlər bu əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayıb, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırıb”.

Politoloq qeyd edib ki, ölkələr arasında ticarət-iqtisadi əlaqələr də dinamik inkişaf edir. 2023-cü ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 1,4 milyard ABŞ dollarına çatıb.

“Həmçinin, Orta dəhliz kimi əhəmiyyətli nəqliyyat-logistika marşrutu, Azərbaycan və Mərkəzi Asiya arasında nəqliyyat bağlantısının gücləndirilməsində əsas rol oynayır.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığının digər mühüm sahəsi isə yaşıl enerji sektorudur. 2023-cü ildə imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” bu istiqamətdə birgə hədəflərin həyata keçirilməsinə imkan verir”.

A.Qarayav onu da əlavə edib ki, Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında mövcud olan əməkdaşlıq, ölkəmizin regional və beynəlxalq arenada strateji əhəmiyyətini bir daha təsdiqləyir və gələcəkdə daha da möhkəmlənməsi üçün geniş potensiala malikdir. (Trend)

Oxşar xəbərlər