16.03.2026, 14:38
AZ EN
16.03.2026, 12:54 27

İşğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonları yaradılır

XƏBƏRLƏR
  • İşğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantılarının zərərsizləşdirilməsi üçün poliqonlar yaradılır.

Bunu “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətinin rəhbəri Orxan Cabbarov WUF13 çərçivəsində jurnalistlər üçün “Təmiz Şəhər” ASC-nin təsərrüfat sahələrinə təşkil edilən məlumat turu zamanı jurnalistlərin suallarını cavablandırarkən bildirib.

""Vətən müharibəsində qazanılan qələbədən sonra ölkə başçısının müvafiq Sərəncamı ilə “Təmiz Şəhər” ASC işğaldan azad edilən ərazilərdə ilk fəaliyyətə başlayan dövlət qurumlarından biri oldu. Hazırda Cəmiyyət Qarabağ və Şərqi Zəngəzurda toplanan tullantıların müəyyən olunmuş müvəqqəti poliqonlarda qəbulu və zərərsizləşdirilməsi prosesini həyata keçirir.

Ərazi planlaşdırılmasına uyğun olaraq poliqon yerləri müəyyənləşdirilir. Həmin poliqonlarda bərk məişət tullantıları qəbul olunaraq müasir üsullarla zərərsizləşdiriləcək. Bunun üçun müasir infrastrukturun yaradılması nəzərdə tutulub. Həmin ərazi "sıfır emissiya" zonası elan olunduğu üçün bərk məişət tullantılarının da idarə olunması vacib məsələdir", - deyə Orxan Cabbarov qeyd edib. (Trend)

Oxşar xəbərlər