18.04.2025, 12:55
AZ EN
10.04.2025, 15:58 220

İctimai Birlik sədri: Ermənistan Araz çayının çirkləndirilməsi ilə bağlı beynəlxalq etirazları nəzərə almır

XƏBƏRLƏR
  • Ermənistan ərazisində fəaliyyət göstərən "Aqarat" mis-mədən kombinatından çıxan kimyəvi tullantılar birbaşa Araz çayına axıdılır.

Bunu "Environmental Protection First" (EPF) Koalisiyasının üzvü, "Azərbaycan Kartoqrafları" İctimai Birliyinin rəhbəri Müqabil Bayramov koalisiya tərəfindən keçirilən Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycan çaylarını, bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərlənməsi barədə brifinqdə deyib.

O qeyd edib ki, bu fəaliyyət  Araz çayının çirkləndirilməsinə ciddi təsir edir:

"13 dövlətdən 30-a yaxın qeyri-hökumət təşkilatı "Environmental Protection First" koalisiyasına qoşulub, Ermənistanın ekoloji standartlara əməl etmədən apardığı işlərə öz etirazını bildirib. Bu təşkilatlar Ermənistan hakimiyyətinə və Ekspo konvensiyasına açıq müraciət ediblər. Ancaq təəssüf ki, bununla bağlı heç bir nəticə yoxdur". (Report)

Oxşar xəbərlər