23.07.2025, 10:21
AZ EN
22.07.2025, 17:55 112

“Ümummilli Lider Heydər Əliyevin Milli Mətbuatımızın inkişafındakı misilsiz rolu” adlı tədbir keçirilib

XƏBƏRLƏR
  • Zəngilan Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayonu, Masazır qəsəbəsində salınmış köçkün şəhərciyində fəaliyyət göstərən Zəngilan Mədəniyyət evində Milli Mətbuat və Jurnalistika günü  münasibətilə “Ümummilli Lider Heydər Əliyevin Milli Mətbuatımızın inkişafındakı misilsiz rolu” mövzusunda rayon tədbiri keçirildi.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatı, Zəngilan rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, Aparatın məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları, idarə-müəssisə rəhbərləri, məktəb direktorları, şəhid ailələri, qazilər, rayon ziyalıları, rayon ağsaqqalları, QHT-lərin yerli nümayəndələri iştirak etdilər. 

İlk olaraq tədbir iştirakçıları Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad etdilər.

Tədbir Ümumilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edildi.

Tədbirdə çıxış edən Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Milli mətbuatın 150 illik yubileyi münasibətilə mətbuat işçilərini təbrik etdi. Bildirdi ki, 150 il öncə 1875-ci ildə “Əkinçi” qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, mətbuat sahəsinin inkişafında, Azərbaycanda söz, fikir və mətbuat azadlığının təmin edilməsində jurnalistlərin yaxın dostu ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinin olduğunu diqqətə çatdırdı. Hazırda ölkədə azad medianın fəaliyyətinə və inkişafına yönələn bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edənlər Azərbaycan mətbuatının keçdiyi tarixi inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət və qayğıdan bəhs edərək öz minnətdarlıqlarını bildirdilər.

Sonda Mətbuat günü ilə bağlı videoçarx nümayiş olundu.

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər