28.04.2025, 14:51
AZ EN
25.08.2023, 08:41 295

Zabux sakini: Sevincimizi sözlə ifadə etməkdə çətinlik çəkirəm

XƏBƏRLƏR
  • Bu gün sevincimizi sözlə ifadə etməkdə çətinlik çəkirəm.

Bunu Laçının Zabux kəndinə geri dönən kənd sakini Namik Abbasov deyib.

O qeyd edib ki, doğma torpaqdan ayrı yaşamaq çox çətin idi. “Heç kimə bu acı həyatı yaşamağı arzu etmirəm. Allah Prezidentimiz İlham Əliyevin canını sağ etsin, şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Onlar bizə bu sevinci yaşatdı. 32 ildən sonra doğma vətənimizə qayıdırıq”, - deyə o qeyd edib.

Qeyd edək ki, avqustun 25-də Laçının Zabux kəndinə ilk mərhələdə 20 ailənin (88 nəfər) köçü həyata keçirilir. (Trend)

Oxşar xəbərlər