13.12.2024, 01:35
AZ EN
22.08.2024, 18:59 185

Ağbənddə müstəqillik dövrünün ilk dəmir yolu qalereyası inşa edilir

XƏBƏRLƏR
  • Azərbaycanın müstəqillik dövrünün ilk dəmir yolu qalereyası Ağbənddə inşa edilir.

Bunu "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova deyib.

Onun sözlərinə görə, Horadiz-Ağbənd dəmir yolu xəttinin 75-ci km-də inşa edilən qalereya, dəmir yolunu dağlardan düşə biləcək qaya parçalarından mühafizəsi üçün layihələndirilib:

"Qalereyanın uzunluğu 144 m-dir. Tikilən qalereyanın qabariti gələcəkdə dəmir yolu xəttinin elektirikləşdirilməsinə də imkan verir. Qalereya svaylar üzərində layihələndirilib və onun konstruksiyası monolit dəmir-betondur. Sözügeden qalereya Azərbaycanın müstəqilliyi dövründə inşa olunan ilk dəmir yolu qalereyasıdır". (Report)

Oxşar xəbərlər