Konqres AMEA, Çankırı Karatekin Universitetinin Türkologiya İnstitutu (Türkiyə) və Mukimi adına Kokand Dövlət Pedaqoji İnstitutunun (Özbəkistan) birgə təşkilatçılığı ilə keçirilib.
“Türk dünyasında milli kimlik və mədəni irs” mövzusunda təşkil edilən Konqres Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə həsr olunub.
Konqresin açılış mərasimində çıxış edən Şahin Bayramov Türk dünyasının alimlərini bir araya gətirən elmi tədbirin əhəmiyyətini diqqətə çatdıraraq mövzunun aktuallığını və vacibliyini vurğulayıb. Rektor eyni zamanda Qarabağ Universitetinin strateji hədəfləri sırasında Türk dünyasının müvafiq universitetləri və elmi tədqiqat müəssisələri ilə əməkdaşlığın mühüm yer tutduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Qarabağ Universitetinin Elm şöbəsinin müdiri Elçin İbrahimov da konqresin bölmə iclasında məruzə ilə çıxış edib.
Tahirə AĞAMİRZƏ