28.04.2025, 14:56
AZ EN
24.10.2022, 14:11 444

Döyüşlərdə igidlik göstərib

XƏBƏRLƏR

Vətən uğrunda canlarını hər an fəda etməyə hazır olan igid övladlarımız cəmi 44 gündə arxalı köpək olan erməni mifini darmadağın etdilər. Belə oğullardan biri də Məmmədzadə Qəhrəman Rüstəm oğludur. Biz onunla həyat və döyüş yolu barədə söhbət etdik. Qəhrəman Məmmədzadə bildirdi ki, 26 aprel 1997-ci ildə Biləsuvar çadır düşərgəsində anadan olub. Sonra Qayıdış-1 qəsəbəsinə köçüb. 2003-cü ildə 1-ci sinifə daxil olub, 2014-cü ildə tam orta məktəbi bitirib. Elə həmin il yəni, 2014-cü ildə Gəncə Dövlət Universitetinə qəbul olunub və 2018-ci ildə bitirib. Ali məktəbdən sonra 2018-2019-cu illərdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda hərbi xidmətdə olub. Q.Məmmədzadə könüllü olaraq 2020-ci ilin 22 sentyabrında hərbi xidmətə qayıdıb, 27 sentyabrda başlayan Vətən müharibəsində Füzuli, Hadrut, Xocavənd, Şuşa istiqamətində döyüşlərdə igidlik göstərib. O, qeyd etdi ki, Hüseynov Fərid, Hüseynov Cavidlə bir yerdə döyüşüblər və hər ikisi şəhidlik zirvəsinə ucalıblar. Özü isə ikinci qrup əlildir igid qazimiz.

Azərbaycan Respulikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

 

İsa Musayev         

Oxşar xəbərlər