Əməkdaşlıq çərçivəsində VIII siniflərdə biologiya fənni üzrə onlayn dərs keçirilib. Laçın şəhəri 2 nömrəli tam orta məktəblə Cəbrayıl şəhəri Mehdi Mehdizadə adına tam orta məktəbin birgə təşkil etdiyi dərs interaktiv şəkildə aparılıb. Müzakirələr və sual-cavablar əsasında davam edən dərs şagirdlərin yüksək fəallığı ilə yadda qalıb.
Layihənin əsas məqsədi şagirdlər arasında əməkdaşlıq mədəniyyətini inkişaf etdirmək, bilik və bacarıqları paylaşmaq, eləcə də müəllimlər arasında təcrübə mübadiləsini gücləndirməklə tədrisin keyfiyyətini artırmaqdır.
Tahirə AĞAMİRZƏ