Bu barədə “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Laçın rayon sakini Səbuhi Bəylərov deyib.
Uzun illər məcburi köçkün həyatı yaşayan, 8 yaşından Laçını tərk edən soydaşımız bu gün öz doğma torpaqlarına qovuşması və səsvermədə iştirak etməsi ilə qürur duyur:
“Laçın rayonunun Alxaslı kəndində dünyaya gəlmişəm. İndi çalışıram ki, ictimai və iş fəaliyyətimi doğma Laçınla bağlayıb. Çünki Laçın həmişə müqəddəs bir mahiyyət daşıyıb. Hazırda Laçındayam, doğma kəndimdəyəm. Doğma torpaqlarımıza qovuşduğum üçün özümü çox şanslı hesab edirəm”.