“Sizin burda olmağınız onu göstərir ki, biz azad edilən torpaqları tezliklə abadlaşdıracağıq”. Bu sözləri Prezident cənab İlham Əliyev Zəngilanda Ağalı kənd orta məktəbinin şagird, müəllim kollektivi ilə görüşündə deyib.
“Sumqayıtda, Bakıda və digər rayonlarda yaşayan keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar. Burda quracaqlar, yaşayacaqlar, uşaqlar böyüdəcəklər. Siz də yaxşı oxuyun, çünki yaxşı oxumaq təkcə sizin üçün yox, ölkəmiz üçün lazımdır. Gələcəkdə sizin kimi uşaqlar ölkəmizi idarə edəcəklər. Ona görə siz gərək birinci olasınız, savadlı olasınız, həmişə vətənpərvər olasınız. Vətənpərvərlik üçün hər bir Azərbaycan vətəndaşının çox böyük haqqı var. Çünki biz bu torpaqlara qan tökərək qayıtmışıq. Bizim qəhrəman şəhidlərimiz öz canlarını fəda ediblər ki, bax, siz və sizin kimi yüz minlərlə azərbaycanlı öz dədə-baba torpağına qayıtsın”.
Qeyd dək ki, Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Zəngilan rayonunda səfərdə olublar.
Hazırladı: Tahirə AĞAMİRZƏ