31.07.2025, 00:13
AZ EN
17.11.2023, 11:20 331

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Gəncə şəhərində növbəti səyyar qəbulunu keçirdi

XƏBƏRLƏR
  • Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun Gəncə şəhərində yerləşən Kəlbəcər Mədəniyyət Evində Şuşa rayon sakinləri ilə növbəti səyyar görüş-qəbulu keçirilib.

RİH başçısı Bayram Səfərov görüşdə Azərbaycan Prezident İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. RİH başçısı bildirib ki, cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə keçirilən səyyar qəbulların əsas məqsədi əhali ilə daha sıx təmasda olmaqla insanların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.

Şuşa rayon ərazisində aparılan bərpa, abadlıq və yenidənqurma, həyata keçirilən infrastruktur layihələrindən, şəhid ailələrinə, müharibə əlillərinə göstərilən diqqət və qayğıdan söz açan Bayram Səfərov səyyar qəbulda iştirak edən sakinlərin müraciət, təklif və şikayətlərini dinləyib. Müraciətlər Şuşada iş və mənzillə təmin olunma, digər sosial yönümlü məsələlərlə bağlı olub. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib və onların icrası nəzarətə götürülüb.

Rayon sakinləri son illər işğaldan azad olunmuş ərazilərdə görülən işlərə, şəhid ailələrinə, qazilərə, vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.  

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər