18.03.2025, 04:04
AZ EN
16.03.2025, 16:39 157

Azərbaycanın azad olunmuş torpaqları öz resursları hesabına yenidən qurması onun iqtisadi qüdrətinin bariz gösətiricisidir

YAZILAR
  • Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü və dövlət suverenliyini öz gücü hesabına bərpa etdi. Dövlətimizin başçısının müəyyənləşdirdiyi balanslaşdırılmış, milli maraqlarımıza söykənən müstəqil xarici siyasət kursu ölkəmizə beynəlxalq münasibətlər sistemində böyük hörmət qazandırıb.

Bunu Milli Məclisin deputatı Mircəlil Qasımlı söyləyib.

“Otuz ilə yaxın müddət ərzində Ermənistanın işğalçılıq siyasəti ilə bütün platformalarda mübarizə aparan Azərbaycan bununla yanaşı, böyük tərəqqi yolu keçdi. Ölkəmiz özünün möhkəm dayaqlara əsaslanan iqtisadiyyatını, qüdrətli ordusunu formalaşdırdı, beynəlxalq arenada ikitərəfli və çoxtərəfli fotmatlarda uğurlu əməkdaşlıq əlaqələrini qurdu”, - deyə deputat vurğulayıb.

Bildirilib ki, işğalın davam etdiyi illərdə, Vətən müharibəsi dövründə, hətta sonrakı mərhələdə çoxsaylı təzyiqlərə baxmayaraq, Azərbaycan ədalətli mövqeyindən bir addım da belə geri çəkilmədi. Dövlətimizin başçısının qətiyyətli iradəsi nəticəsində tarixi zəfərlər qazanıldı.

Deputat deyib ki, dövlətimizin başçısının “Euronews” televiziyasına müsahibəsində bu məsələyə xüsusi toxunaraq bildirdi: “Bizim təcrübəmiz uğurlu olmuşdur və onun uğurlu olması sübuta yetirilmişdir. Yəni, biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq”.

“Bəli, milli maraqlarla bağlı məsələlərdə hər bir dövlət öz gücünə arxalanmalıdır”, - deyən M.Qasımlı bu gün Azərbaycan dövlətinin Qarabağ və Şərqi Zəngəzuru da öz resursları hesabına yenidən qurduğunu xatırladıb. Qeyd edib ki, bu, ölkəmizin iqtisadi qüdrətinin bariz gösətiricisidir. “Bir neçə gün öncə Azərbaycanın Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşmasına dair bəyanat yaydı. Bu da məhz Azərbaycanın təşəbbüsü və səyləri nəticəsində əldə olunan uğurdur. Belə ki, danışıqlar prosesinin heç bir vasitəçiyə ehtiyac duyulmadan, ikitərəfli əsasda davam etdirilməsi də məhz Azərbaycanın təşəbbüsüdür”, - deyə o əlavə edib.

Bu gün dünyada güc amilinin çox böyük rola malik olduğunu söyləyən deputat bildirib ki, Azərbaycan beynəlxalq birlik tərəfindən güclü və qalib ölkə kimi qəbul edilir. Dövlətimizin başçısının müsahibəsində qeyd etdiyi kimi, Ermənistan-Azərbaycan münaqişəsi beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir. Bu həlli bütün dünya qəbul edir. (AZƏRTAC)

Oxşar xəbərlər