29.07.2025, 04:14
AZ EN
18.12.2024, 13:30 314

Ermənistan tərəfi bu il də sülhdən boyun qaçırdı

YAZILAR
  • Artıq 2024-cü ilin sona yetməsinə sayılı günlər qalıb. Analitiklər uzun müddət hesab edirdilər ki, ilin sonuna doğru Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq. Amma bu baş vermədi. İndi də Ermənistan kənardan dayanmadan silahlandırılır. Nəticədə isə İrvan onu silahlandıran dövlətlərin təsirindən çıxa bilmir. Amma görəsən, Ermənistan həqiqətənmi təsir altından çıxa bilmir və yaxud bunu heç istəmir. Necə deyərlər, “donuzun  könlü samanlıqda idi, it də qovdu saldı ora”.

Azərbaycanla Ermənistan arasında müharibədən xeyli vaxt keçsə də 2024-cü ilin sonu olmasına baxmayaraq, hələ də iki ölkə arasında sülh müqaviləsi imzalanmayıb. Paşinyan adminstrasiyasının Fransa və Hindistan kimi ölkələrdən hücum silahları alması, ölkə konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının olması real sülhə nail olmağın qarşısında ən böyük əngəllərdəndir.

“İkitərəfli təmaslar həyata keçirilisə,  sərhəddə Azərbaycan və Ermənistan tərəfi görüşürsə və real nəticələr varsa, sərhədlərin delimitasiyası, sərhəd təhlükəsizliyi ilə bağlı əsasnamə qəbul olunursa və  o həm də ratifikasiya olunursa, burada Avropa İttifaqının mülki missiyasına heç bir lüzum yoxdur. Əgər demarkasiya olunan bir hissə varsa şimal istiqamətində, hesab edirəm ki, Avropa İttifaqının missiyası burada olmamalıdır. Bu da sülh istiqamətində artıq bizim finişə gəlməyimizə səbəb olacaq”.

Bunu politoloq İlyas Hüseynov mətbuata açıqlamasında deyib. O, bildirib ki, biz sülh müqaviləsini Ermənisran dövləti ilə imzalamaq istəyirik, Paşinyan administrasiyası ilə yox. Qarşıdakı dövrdə Ermənistanda hakimiyyət dəyişikliyi baş verə bilər: “Revanşistlər hakimiyyətə gələ bilər və onlar konstitusiyanı əsas gətirərək yeni müharibə, gərginlik, eskalasiya yolunu tuta bilərlər. Bu bizim üçün təhdidlər, risqlər formalaşdırır. Bu baxımdan  qanunvericilik müstəvisində bütün iddiaların aradan götürülməsi üçün bu proses önəmlidir”.

Reallıq ondan ibarətdir ki, bu gün sülh regionda ən çox Ermənistana  lazımdır. Odur ki, bu istiqamətdə əməli addımlar atmaq da İrəvanın üzərinə düşür.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər