28.07.2025, 18:12
AZ EN
28.07.2025, 10:14 212

Rusiya Cənubi Qafqazdakı öz maraqlarını Ermənistan üzərindən həyata keçirdiyi üçün burada müxtəlif manevrlər edir

YAZILAR
  • Son günlərdə Gümrüdə yerləşən 102-ci Rusiya  hərbi bazasına intensiv şəkildə hər gün texnika və silah-sursat daşınmaqdadır. Bu barədə artıq Ermənistan mətbuatında  məlumatlar yayılmağa başlayıb. Yerli mənbələrin bildirdiyinə görə, hər gün bir neçə yük təyyarəsi tam dolu şəkildə İrəvan hava limanına eniş edir. Hələlik bu geniş miqyaslı hərbi təzhizatın konkret məqsədi ilə bağlı rəsmi açıqlama verilməyib. Ermənistan daxilində davam edən siyasi gərginlik və müxalif qüvvələrin hökumət əleyhinə etirazları fonunda Rusiya hərbi bazasındakı bu aktivlik  müxtəlif ehtimalları gündəmə gətirir. Ekspertlər bildirirlər bu bu cüh rəhbi hərəkətlilik həm regionda baş verə biləcək geosiyasi dəyişikliklərə hazırlıqla bağlı ola bilər. Eyni zamanda bu addım Ermənistan  daxilindəki vəziyyətin nəzarətdən çıxması etimalına qarşı qabaqlayıcı tədbirlər kimi də qiymətləndirilir.

“Məhz bu cühr hərbi mövcudluğun genişlənməsi ilə daxildə bir sıra Rusiyameyilli qüvvələri Ermənistana qarşı yönəltmək məqsədi də burada mövcuddur”.

Bunu ARB-24-ə açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O, bildirib ki, digər  tərəfdən Ermənistan  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında öz mövcudluğunu dondurub: “Beləliklə, Rusiya ilə mövcud bütün bağların qopması prosesi həyata keçirilir. Belə olan halda, əlbəttə, Rusiya Cənubi Qafqazdakı öz maraqlarını, xüsusilə də Ermənistan üzərindən həyata keçirdiyi üçün  burada müxtəlif manevrlər  edir”.

Rusiya yeni təchizatlar daşımaqla yalnız Ermənistanda deyil, ümumiyyətlə, bölgədə öz hərbi mövqelərini gücləndirməyə çalışır. Bununla da Kreml regionda varlığını nümayiş etdirmək istəyir.

Siyasi şərhçi Rəşad Bayramov isə bildirib ki, həmin hərbi bazadan 1500 əsgər, xeyli silah və texnika çıxarılaraq Ukrayna cəbhəsinə göndərilmişdir:

“İndi də Ermənistanın  açıq Qərbyönümlü siyasəti fonunda, ümumiyyətlə, regionda Rusiyanın sıxışdırılıb çıxarılması ehtimalı olunduğu üçün Rusiya həmin hərbi bazada əvvəlki mövcudluğunu bərpa edir, desək, daha doğru olardı. Hərbi bazadan istifad edərək həm  region ölkələrini  təzyiq altında saxlamaq, həm Ermənistanın özünün daxilində təxribata cavab vermək imkanı əldə etmək üçün Rusiya tərəfi  müvafiq olaraq, ordakı hərbi bazada öz mövcudluğunu gücləndirməyə cəhdlər edə bilər”.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər