25.06.2025, 22:17
AZ EN
20.11.2024, 08:43 253

Elçin Mirzəbəyli: "Rəsmi İrəvan konkret və konstruktiv mövqe sərgiləməlidir"

YAZILAR
  • Cari ilin əvvəlində Azərbaycanla Ermənistan arasında ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasına dair fikirlər səslənsə də, iddiaların heç biri özünü doğrultmadı. Hətta COP29 zamanı iki ölkə arasında gözlənilən vacib sənədin rəsmiləşəcəyi ehtimalları irəli sürüldü, amma bu da olmadı. Hazırda isə Azərbaycan-Ermənistan münasibətləri elə bir səviyyədədir ki, bu prosesdə rəsmi İrəvan konkret və konstruktiv mövqe sərgiləməlidir. Yaxın aylarda dünyada gözlənilən geosiyasi hadisələr fonunda Bakı ilə İrəvan arasında münasibətlərin hansı məcrada davam edəcəyi də maraq doğurur.

"Ermənistanda Amerika Birləşmiş Ştatlarında demokratların uğursuzluğa düçar olması ciddi şəkildə müzakirə olunur və biz artıq hakim komandada baş verən istefalardan Ermənistanın siyasi hakimiyyətinin yeni dövrə uyğunlaşması ilə bağlı müəyyən addımlar atmasının şahidi oluruq".

Bu sözləri millət vəkili Elçin Mirzəbəyli İctimai TV-yə açıqlamasında ifadə edib. O, vurğulayıb ki, təbii, bu proses intensivləşəcək: "Təxminən fevral, mart aylarından etibarən və eyni zamanda Azərbaycan- Ermənistan arasındakı təmasların da intensivləşməsi mümkündür".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər