Bunu politoloq Samir Hümbətov mətbuata açıqlamasında deyib.
Politoloq vurğulayıb ki, COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı Fransanın qərəzli mövqe tutma, təxribatçı fikirlərlə yanaşması da bunu göstərir: "Deməli, Fransanın məqsədi Azərbaycana qarşı anti-Azərbaycan mövqeyini dərinləşdirməkdən, eyni zamanda, Ermənistan-Azərbaycan münasibətlərini daha da gərgin hala gətirib çıxarmaqdır. Bu gün təbii ki, tərəflər arasında tam şəkildə sülh olmasa da bölgədə sakitlik hökm sürür. Düzdür, ara-sıra Ermənistan tərəfi şərti dövlət sərhədində təxribatçı addımlarını davam etdirir. Bununla belə, Stefan Sejurnenin açıqlaması onu göstərir ki, deməli, Fransa hətta kövrək sülhün belə burada qalmasının tərəfdarı deyil, regionu yenidən gərginlik ocağına çevirməyə çalışır. O baxımdan düşünürəm ki, Fransa xarici işlər nazirinin bu cür açıqlaması təkcə Azərbaycana qarşı anti-Azərbaycan mövqeyi sərgiləmək deyil, eyni zamanda regionda qalıcı gərginliyin, qalıcı müharibənin davam etməsi tərəfdarıdır. Bununla da özünü bölgəyə yenidən cəlb etməyə çalışır. Verilən açıqlama və bu təsadüfi deyil ki, ABŞ Dövlət Departamenti rəhbərinin də orada olması, bir daha onu deməyə əsas verir ki, baş verən təxribat hallarının arxasında Fransa və ABŞ-nin birgə "fəaliyyəti" dayanır", - deyə S.Hümbətov vurğulayıb.
Tahirə AĞAMİRZƏ