18.06.2025, 07:33
AZ EN
14.02.2023, 12:56 439

Fərari ermənilər vətəndaşlığa qəbul edilir

YAZILAR
  • Rusiyanın Ukraynaya qarşı ədalətsiz müharibəsi başlayan kimi vətəndaşı olduğu Ukraynadan Ermənistana axın edən hayların sırasına Rusiyada hərbi səfərbərlik edilən zaman fərarilik edən haylar da qoşulub. "Joğovurt" qəzeti fevralın 14-də "RF və Ukraynadan gələrək Ermənistan Respublikasının vətəndaşlığını alan hayların sayı artır" başlıqlı məqalə dərc edib. "Lurer.com"un paylaşdığı həmin məqalədə yazılıb ki, 2021-ci ildə 766 keçmiş Rusiya vətəndaşı Ermənistan vətəndaşlığına qəbul edilsə də, 2022-ci ildə bu 8562 nəfər təşkil edib.

Ukraynadan gəlib vətəndaşlıq alan ermənilərin sayı isə 2021-ci ildəkindən 385 nəfər çoxdur. Qəzet əlavə edir ki, onların çoxu Ermənistanın müxtəlif bölgələrində bizneslə məşğul olacaqlarını və bununla da yeni iş yerləri yaradacaqlarını, ölkənin iqtisadi inkişafına töhfə verəcəklərini bildirdiklərinə görə ciddi problemlə üzləşmirlər.

Vaxtilə Rusiyaya, Ukrayna və başqa dövlətlərə çörək dalınca gedən hayların indi fərarilik etmələrini "Evə gəl" layihəsi çərçivəsində görülən iş kimi dəyərləndirib onları, necə deyərlər, tezbazar vətəndaşlığa qəbul edən hakimiyyət, əlbəttə, hayların fərari olduqlarını hələ 2020-ci ildəki 44 günlük müharibə zamanı təsdiqləmişdi. Xatırladaq ki, o vaxt azı 12 min fərarinin olduğunu deyən N.Paşinyan sonra "o qədər adamı necə həbs edək" - deyərək onların bağışlanması üçün göstəriş vermişdi.

Nəsib

Oxşar xəbərlər