Siyasi analitiklərin çoxu sözügedən çıxışın bilavasitə Zəngəzur dəhlizinin açılmasına hədəfləndiyini bildirsə də, bəzi politoloqlar bunun əksini düşünür və vurğulayırlar ki, bu təkcə dəhliz məsələsi deyil, həm də ərazilərin "işğalı" ilə sonunclanacaq siyasi prosesin başlanğıcıdır. Qərbi Azərbaycandan soydaşlarımızın qovulmasına dair müxtəlif sənədlərin mövcudluğunu da öz xəstə düşüncələri ilə müxtəlif formada inkar etməyə cəhd göstərən haylar bildirirlər ki, Azərbaycandan da yüz minlərlə erməni məcburi köçkün var. Ya onların da geri qayıtmaq hüquqları bərpa olunmalı, ya da Azərbaycan öz istəyindən əl çəkməlidir. Qərbi azərbaycanlıların guya könüllü getdiyini sübut edən sənədlərin hələ də Moskvada arxivlərdə saxlandığı kimi sərsəmləmələrlə hər gün çıxış edən ermənilərin yanvarın 18-də soydaşlarımızın ünvanına yeni ittihamlar irəli sürmələri isə açıq-aydın göstərir ki, onlar Qərbi Azərbaycan İcmasının fəaliyyətə başlamasından qorxuya düşüblər.
Nəsib