10.03.2025, 10:35
AZ EN
11.09.2023, 11:21 173

Ermənilərin “humanitar böhran” kampaniyası ifşa olundu

YAZILAR

Qarabağda “acından ölən” ermənilər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 12 gündür yolda gözləyən TIR-larından sonra Rusiyanın və BQXK-nin göndərdiyi yüklərdən də imtina edir

  • Son üç gündə Ermənistan-Azərbaycan münasibətlərində yaşanan gərginlik fonunda Qarabağın erməni əhalisi üçün göndərilən humanitar yüklərin ünvanına çatdırılmasına törədilən maneələr rəsmi İrəvanın və Xankəndidəki separatçı rejimin “humanirat böhran” kampaniyasının ifşası ilə yekunlaşdı. Artıq beynəlxalq ictimaiyyətə də bəlli oldu ki, Ermənistanın və separatçı dəstənin xaricdəki havadarlarının dəstəyi ilə aylardır davam etdirdiyi kampaniyanın heç bir əsası yoxdur, qarabağlı ermənilərin guya, acından ölməsi barədə bəyanatlar yalandır.

“Vətən səsi” xəbər verir ki, Rusiyanın Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXC) Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlər üçün sentyabrın 10-da göndərdiyi ərzaq dolu yük maşını  Xankəndiyə buraxılmır. Dünən saat 10 radələrində ərzaq dolu TIR-ın Əsgərana keçidinin təmin olması nəzərdə tutulsa da, yük maşını Bərdə şəhərinin mərkəzində - “Bərdə” otelinin yanında dayanıb. Belə ki, Qarabağdakı separatçı rejim Rusiyanın göndərdiyi humanitar yükün Ağdam-Əsgəran-Xankəndi yolu ilə keçidinə imkan vermir.

Azərbaycanın Ermənistanla şərti sərhədində və Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı erməni silahlı dəstələri ilə təmas xəttində müharibə əhval-ruhiyyəsinin azaldılması üçün rəsmi Bakının atdığı humanitar addımlar da nəticəsiz qalıb. Təəssüf doğuran başqa bir hal isə odur ki, himanitar məqsədlərə xidmət etməli olan Beynəlxalq Qırmızı Xaç Komitəsi də özünü Ermənistanın və havadarlarını siyasi alətinə çevrilməkdən qoruya bilməyib. Bu beynəlxalq qurum ona verilmiş mandatdan növbəti dəfə sui-istifadə edərək Azərbaycan hökuməti ilə razılaşdırılmadan özünün humanitar yardımla yüklənmiş TIR maşınını “Laçın” sərhəd buraxılış məntəqəsindən Qarabağa keçirməyə cəhd göstərib. Azərbaycan tərəfi yerli və beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olaraq yükü Ağdam-Əsgəran-Xankəndi yolu ilə keçməyə hazır olduğunu bəyan edib. Lakin Qarabağdakı separatçılar rəsmi Bakının bu humanist addımını heçə sayaraq BQXK-nın də yüklərindən imtina edir. BQXK-nın guya, “humanitar böhran”dan əziyyət çəkən Qarabağ ermənilərinə gətirdiyi yük maşını da iki gündür “Laçın” sərhəd buraxılış məntəqəsindən bir qədər aralıda icazə gözləyir.

Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni sakinlərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan göndərilən ərzaq yüklü avtomobil karvanı isə artıq 12-ci gündür ki, Ağdam-Xankəndi yolundadır. İçərisində 40 ton un olan yük avtomobilləri avqustun 29-dan Ağdam-Xankəndi yolundakı Rusiya sülhməramlı kontingentinə aid postun qarşısında gözləyir. Qarabağın “acından ölən” sakinlərinə un aparan AzQAC-ın əməkdaşları və könüllülər bu humanist və xoşməramlı məqəsədə nail olmaq üçün hələ də soyuq və yağmurlu hava şəraitində ərazidə qurulan çadırlarda gecələyir. Onlar bildirib ki, ərzaq yükləri Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlar.

Göründüyü kimi, ermənilər Azərbaycanın humanizm göstərərək bölgəyə göndərdiyi yardımı Ağdam-Xankəndi yolundan keçdiyi üçün “acından ölən Xankəndi”yə qəbul etmirlər. Hətta eyni yoldan istifadə olunduğu üçün Rusiyanın yardımına da “yox” deyirlər. Bu, azmış kimi Ermənistan-Azərbaycan münasibətlərində gərginlik yüksələn xətt üzrə davam edir. Ermənilər mütəmadi olaraq, təxribatlar törədir, ordumuzun mövqelərini atəşə tutur, Qarabağdakı qanunsuz silahlı birləşmələr Rusiya hərbçilərinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində səngərlər qazmağa, yerdəyişmələr etməyə çalışır, torpaqlarımızda mina basdırmaqda davam edir.

Elxan SALAHOV

Oxşar xəbərlər