22.11.2024, 04:02
AZ EN
12.06.2023, 12:04 274

Ərdoğan erməniləri yenə vəlvələyə salıb

YAZILAR

"Hraparak" Türkiyə və Azərbaycan mətbuatına istinadən xəbər verir ki, Türkiyənin prezidenti cənab R.T.Ərdoğan ənənəsinə sadiq qalaraq bu dəfəki prezident seçkisindən sonra ilk xarici səfərini Şimali Kipr Türk Respublikası və Azərbaycana edəcəkdir. Agentlik bildirir ki, o, bu gün ŞKTR-da, sabah isə Bakıda olacaqdır. Azərbaycana səfər çərçivəsində ikitərəfli münasibətlərin müxtəlif aspektləri, bölgədə və dünyadakı siyasi reallıqların müzakirə olunacağını bildirən bu media qrupu daha sonra ənənəvi erməni həyasızlığı ilə vurğulayır ki, Ərdoğanın gəlişi ilə sərhəddə vəziyyət gərginləşəcəkdir. Bu isə belə deməyə əsas verir ki, Ərdoğanın kölgəsindən də qorxan ermənilər yeni təxribat yaradıb yenidən "bizi soyqırımı edirlər", - deyə dünyaya gözyaşları ilə islanmış müraciətlər ünvanlamağa hazırlıq görürlər.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR