“Hraparak” media şirkətlər qrupunun xəbərlər portalının noyabrın 22-də günortaya yaxın yaydığı xəbərdən aydın olur ki, səhər tezdən “Zvartnots” hava limanından başlayaraq Ermənistan nazirlər kabinetinin binasınadək bütün yollar bağlanılıb.Bu barədə İrəvan polisi əhaliyə müraciət də edib. Bildirib ki, bu gün və sabah nazirlər kabineti binasına doğru uzanan bütün yollar bağlı olacaq, buraya hətta xüsusi icazə vərəqəsi olan vətəndaşlar da buraxılmayacaq.
“Lurer.com”informasiya agentliyi də müvafiq xəbərlər yayıb və bildirib ki, noyabrın 23-də “Dvin” otelində keçiriləcək KTMK Zirvə toplantısı ilə bağlı həm sözügedən oterlin, həm də nazirlər kabinetinin binasının hər tərəfində polis qüvvələri yerləşdirilib. Bunların içərisində yüksək rütbəli işçilər də çoxluq təşkil edir.
Milli demokratik “qütb” və “5165” anti-rus təşkilatlarının rəhbərləri isə həm Putinin, həm də Belarus prezidenti Lukaşenkonun gəlişini etiraz aksiyaları ilə qarşılamaq qərarındadırlar. Övladları və qohumları itkin düşmüş ermənilər də sözügedən təşkilatla eyni mövqedədir. “Hraparak”ın şərhinə görə, hökumət Putinin və Lukaşenkonun etirazçılarla qarşılaşmaması üçün lazımi tədbirlər görüb və görməkdədir. Şəhərin yollarının bağlı, bir sıra ərazilərdə suyun, işığın olmaması İrəvanı, “5165” təşkilatının həmsərdri Karin Ohanyanın dediyi kimi, ölü şəhərə çevrilib. KTMT isə heç bir möcüzəyə malik deyil ki, nə bu ölü şəhəri, nə də məhvə doğru gedən Ermənistanı dirildə bilsin.
Nəsib QARAMANLI