Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri Xəyal Bəşirov deyir ki, görünən odur ki, Əfqanıstandan sonra Ukraynada, Yaxın Şərqdə və elə həm də Uzaq Şərqdə istəyinə çata bilməyən güclər sönmüş münaqişələri alovlandırmaq və yeni münaqişələr yaratmaq axtarışındadırlar: “Hazırkı həssas dönəmdə bu görüşün keçirilməsi və xüsusilə də bu görüşdə Cənubi Qafqaz kimi kiçik bir regiondan yalnız Ermənistanın dəvət edilməsi bu görüşün xoşniyyətli olmamasından xəbər verir. Düşünürəm ki, bu görüşdə iqtisadi, humanitar, maddi, hərbi və texniki yardımın göstərilməsi ilə bağlı sənədlər imzalana bilər və görünən tərəf odur ki, Ermənistan artıq otuz il öz ərazisini Rusiya üçün bütün istiqamtlərdə plastarma çevirdikdən sonra artıq 30 ildən sonra öz ərazisini NATO-nun, Avropa İttifaqının və digər dövlətlərin plastarmına çevirmək niyyətindədir. Bu da Ermənistan cəmiyyəti üçün, Ermənistan dövləti üçün ciddi təhlükə olmasıyla paralel olaraq, həm də Cənubi Qafqaz üçün çox ciddi mənfi nəticələr doğuracaq bir prosesdir”,- deyə Xəyal Bəşirov narahatlığını ifadə edib.
Hazırladı: Tahirə AĞAMİRZƏ