20.09.2024, 08:40
AZ EN
07.03.2023, 10:55 109

Separatçılar Andrey Volkovun istefasını tələb edəcək

YAZILAR

Bazar günü separatçıların mövqeyimizi atəşə tutması nəticəsində həlak olan hərbçilərimizin xatirəsi önündə əbədi ehtiramlı olmaqla vurğulamaq yerinə düşər ki, artıq onların da qisası alınmışdır və bu davam edərək separatçı rejimin sonu ilə yekunlaşacaqdır. Bunun anonsu həm də Qarabağdakı hayların son iki gündə apardıqları təxribatların özündə də açıq-aşkar görünür. Belə ki, terrorçu Tiqran Petrosyan təmsil etdiyi qurum adından xalqa və separatçıların liderlərinə müraciət edərək Rusiya "sülhməramlılarının" komandiri Andrey Volkovun istefasını tələb edib. O, bildirib ki, qarşıdakı müharibəyə hazırlıq məqsədilə əhaliyə də silah paylanılmalıdır. Qarabağdakı hayların Azərbaycana heç vaxt inteqrasiya etməyəcəyini, bunu Avropa, İran və şimal qonşumuzun da istəmədiyini xüsusi vurğulayan erməni separatçı belə bir sərsəm fikir də əlavə edib ki, Andrey Volkov Azərbaycanla birbaşa döyüş aparmadığına görə milliyyətcə erməni olan rusiyalı hərbçi ilə əvəz olunmalıdır.

Gülməli deyilmi?

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR