23.11.2024, 12:05
AZ EN
21.09.2023, 17:13 267

Anar Əliyev: "İçimizdəki ermənilər yenə də xəyanətkar xislətlərini göstərdilər"

YAZILAR
  • "Azərbaycan 19-20 sentyabr 2023-cü il tarixində son üç qələbə sevincini yaşadığı anlarda zəfərimizə zərbə vurmaq istəyən qüvvələr, xüsusilə içimizdəki ermənilər yenə də xəyanətkar, şərəfsiz xislətlərini göstərdilər:yüz illik tarixində ikinci möhtəşəm qələbəsini qazandı - sərhədlərimiz daxilində dövlət suverenliyimiz tam təmin olundu". Bunu "Qafqaz əməkdaşlıq və inteqrasiya" klubunun sədri, politoloq Anar Əliyev mətbuata açıqlamasında bildirib.

O, qeyd edib ki, bütün Azərbaycan qələbə sevincini yaşadığı anlarda zəfərimizə zərbə vurmaq istəyən qüvvələr, xüsusilə içimizdəki ermənilər yenə də xəyanətkar, şərəfsiz xislətlərini göstərdilər: "Rusiya sülhməramlı avtomobili atəşə tutuldu, sülhməramlılar qətlə yetirildi.

Hadisə haqda ilk məlumatlar yayılarkən heç kim inanmazdı ki, hadisələrin arxasından Azərbaycan hərbçiləri çıxa bilər. Zatən, nəyimizə lazımdır Liderimizin zərgər incəliyi ilə prosesləri indiki gərgin situasiyada 100 faizli xeyrimizə uyğun formalaşdırmağı bacardığı bir şəraitdə maraqlarımıza, əldə etdiyimiz, formalaşdırdığımız şəraitə zərbə vuracaq belə ağılsızlıq? Sadə məntiq də bunu deyirdi.

Təəssüf ki, içimizdəki maskalanmış daşnakların mövcudluğu reallığında sadə məntiq yetərli deyil...

Məlum olur ki, hadisə "bizimkilər" tərəfindən törədilib və bu bağışlanmaz xəyanətə görə əldə etdiyimiz uğurlar, maraqlarımız ciddi zərbə altına düşür.

Hesab edirəm, biz xoşbəxt xalqıq ki, belə gərgin tarixi dövrdə Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi ləyaqətli, Vətəni, xalqı sevən, çevik və qəti qərarlar qəbul edə bilən, strateji düşünmə, analitik qabiliyyət nümayiş etdirən siyasi xadim, böyük azərbaycanlı dövlət aparatının pultu arxasındadır".

Politoloq daha sonra əlavə edib ki, Azərbaycan Prezidentinin Vladimir Putinlə telefon danışığı, baş verənlərə görə üzrxahlıq ifadə etməsi və bu xəyanəti törətməklə Azərbaycan-Rusiya münasibətlərini pozmaq, bununla da Qarabağda əldə etdiyimiz zəfəri heçə endirməyi planlayanların arzularını gözündə qoyması Ali Baş Komandanımızın necə böyük ürəyə, strateji düşünmə imkanlarına sahib olduğunu bir daha göstərdi:

"Amma, törədilən bu xəyanət göstərdi ki, içimizdə daşnaq xislətli xəyanətkarlar, azərbaycanlı adı altında gizlənən ermənilər dövlət təhlükəsizliyimiz üçün hansı təhlükə potensialına sahibdirlər. Və həmin xəyanətkarlar bir-bir tapılıb ifşa edilməyənə, layiqli cəzalarına çatmayana qədər təhlükə, təhdid hər zaman realdır...

Xalqımızın, dövlətimizin möhtəşəm qələbəsini yaşadığımız bu qürurlu anlarda qələbəmizin memarını üzr ifadə etmək məcburiyyətində qoyan hər bir xəyanətkar, hər bir maskalanmış düşmən ən sərt şəkildə cəzalandırılmalıdır!

Bu proses içimizdəki son daşnak, son maskalanmış xəyanətkar erməni layiqli cəzasını alana kimi davam etməlidir!",- deyə politoloq vurğulayıb.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər