22.11.2024, 08:57
AZ EN
20.06.2023, 11:53 304

Paşinyan parlamentin istintaq komissiyasına hesabat verdi

YAZILAR

Təqribən 1 aydır ki, erməni mediasında baş nazir Nikol Paşinyan 44 günlük müharibənin gedişi və hərtərəfli tətqiqi ilə bağlı istintaq komissiyasının iclasında bir sıra məsələlərə aydınlıq gətirib. Onun sözlərindən belə çıxır ki, müharibəni daha tez dayandırmaq mümkün imiş və bunun üçün Azərbaycanın tələblərinə əməl olunmalı idi. Amma bu yalnız noyabrın 9-da 5-ci cəhddən sonra baş tutub. N.Paşinyan müharibə getdiyi zaman dəfələrlə Rusiyanın prezidenti V.Putinə, Fransa prezidenti E.Makrona zəng edib və döyüşlərin dayandırılmasına   yardımçı olmağı xahiş edib və bu yalvarış dolu xahişlər oktyabrın 7-dən üçtərəfli bəyanat imzalanana kimi davam edib. Bəyanata imza atmaqla Xankəndinin azad edilməsinə maneə olduğunu uğur kimi qələmə verən N.Paşinyanın bununla həm də minlərlə erməni əsgərini ölümdən xilas etdiyini etiraf etməsi bir daha göstərir ki, ermənilər indi həmin günləri unudublar və başlarına yeni yumruq istəyirlər. O vaxt Zəngəzurun ermənilərdən azad ediləcəyini də etiraf edən Paşinyanın indiki mövqeyi isə tam başqadır

Belə ki, o, yeni hoqqalar çıxarmaqla 9 noyabr bəyanatının tələblərini pozur, amma dərk etmir ki, o öz bacılarının sayəsində bu dəfə Zəngəzurun da haylardan azad edilməsinə doğru gedir.

Təki belə olsun!

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR